Neftçalada dəhşətli hadisə - Qadını oğlunun gözü qarşısında...

Hazırda oxunan: Neftçalada dəhşətli hadisə - Qadını oğlunun gözü qarşısında...

26915

Neftçalada qadını oğlunun gözü qarşısında bıçaqlayaraq, öldürməyə cəhd edən şəxsin məhkəməsi başlayır.

Neftçala rayon prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, 15 mart 2021-ci il tarixdə Neftçala rayon sakini Leyla Səfərovanın qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin tanışı Rövşən Piriyev qeyd edilən tarixdə saat 15 radələrində Leyla Səfərovanın küçədə piyada hərəkətdə olduğunu görüb sonuncunun oğlunun gözü qarşısında müstəsna qəddarlıq nümayiş etdirməklə ətrafda şəxslərin olmasına məhəl qoymayaraq ictimai qaydanı kobud surətdə pozub xuliqanlıq niyyəti ilə bıçaqla ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd edib.

Həmçinin, istintaqla Rövşən Piriyevin əvvəllər Leyla Səfərovanı öldürməklə hədələməsi, ictimai yerdə onu döyməsi də müəyyən edilib.

Rövşən Piriyev Cinayət Məcəlləsinin 29, 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd) 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin