Oğuzda QƏZA: Bir nəfər öldü, biri yaralandı - FOTO

Hazırda oxunan: Oğuzda QƏZA: Bir nəfər öldü, biri yaralandı - FOTO

269092

Oğuz ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, axşam radələrində Qaraməryəm-İsmayıllı- Şəki avtomobil yolunun Oğuz rayonu Kərimli kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
 

İlkin məlumatlara görə “Nissan” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində bir nəfər hadisə yerində ölüb, digəri isə yaralanıb.


Hadisə yerinə çağrılan Təcili Tibbi yardım avtomobili vasitəsi ilə yaralı şəxs Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin