İş adamları azad edilən ərazilərə gedəcək

Hazırda oxunan: İş adamları azad edilən ərazilərə gedəcək

26909

İşğaldan azad edilən ərazilərdə xidmət göstərən şəxslərin ilkin istehlak tələbatlarını ödəmək məqsədilə ərzaq, əczaçı dükanları, bankomatlar və s. açılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər işçi qrupun keçirilən növbəti iclasında bildirilib.

İclasda bu məqsədlə iş adamlarının iyul ayı ərzində Kəlbəcər və Laçın rayonlarına səfərinin təşkili ilə bağlı məsələ müzakirə edilib, səfərin proqramı və marşurutunun hazırlanması, həmçinin təhlükəsizlik məsələlərinin təmin olunmasının vacibliyi qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin