Lənkəran şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzi küçələrindən birində – dəmiryolu vağzalı yaxınlığında, marketin qarşısında baş verib.
Astara rayonunun Təngərüd kənd sakini, 33 yaşlı Mehriban Qubalı qızı Bəxtiyarova kəsici-deşici alətlə xəsarət alıb. Yaralı təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb və əməliyyat olunub.
Hadisəni törədən şəxsin kimliyi hələlik müəyyən edilməyib.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu