Dəbdəbəli yas və toylar təşkil edənlərin CƏRİMƏLƏNMƏSİ təklif edildi

Hazırda oxunan: Dəbdəbəli yas və toylar təşkil edənlərin CƏRİMƏLƏNMƏSİ təklif edildi

269022

Azərbaycan Milli QHT Forumunun üzvü Zaur İbrahimov bu gün keçirilən “Milli-mənəvi dəyərlərin aşınması və israfçılıq” mövzusunda ictimai müzakirə ilə bağlı fikirlərini bölüşüb.

Bizim.Media-ya açıqlamasında Z.İbrahimli bildirib ki, müzakirənin əsas məqsədi gün keçdikcə hər birimizi narahat edən, neqativ fəsadları böyüyən israfçılıq hallarına qarşı ictimai qınağı gücləndirmək idi:

“Ziyalılarımız bu istiqamətdə açıq mesajlar verdi, problemi, problemin yaratdığı mənfi halları müzakirə etdilər. Problemin həlli istiqamətində müxtəlif təkliflər səsləndirildi. Cərimələrin, qanunvericilik tələblərinin sərtləşdirilməsi də təkliflər içində idi. Ümumilikdə, düşünürəm ki, bu müzakirə qarşıya qoyulan problemin həlli üçün işıq yolu olacaq”.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin