Sevda Tahirli: “Heç kəs yas məclisində ölən haqda danışmır, hamı yeməyə fikir verir”

Hazırda oxunan: Sevda Tahirli: “Heç kəs yas məclisində ölən haqda danışmır, hamı yeməyə fikir verir”

269002

“Sabir sağ olsa idi, birinci bu problemdən başlayardı. Bilirsiniz, əsas düşüncə dəyişməlidir.

Düşüncə dəyişməsə, davranış dəyişməyəcək”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Mirzə Ələkbər Sabir Fondunun təsisçisi və prezidenti Sevda Tahirli Azərbaycan Milli QHT Forumunun ictimai diskussiyasında çıxışı zamanı deyib.

O bildirib ki, yas mərasimində dəb-dəbə axtarışında olmayan şəxslər cəmiyyət tərəfindən qınanılır:

“Kimsə öz yaxını üçün sadə yas məclisi vermək qərarına gəlsə, bu, cəmiyyət tərəfindən qınanılacaq ki, filankəs öz ölüsünə qiymət vermədi. Cəmiyyət insanları bu cür məcburiyyətə sürükləyir. Heç kəs yas məclisində ölən haqda danışmır, onun xeyirxahlığını müzakirə etmir. Hamı yeməyə fikir verir”.

S.Tahirlinin sözlərinə görə, toylar yaslardan heç də geri qalmır:

“Bu gün boşananların sayı niyə çoxdur? Çünki toya maddi hazırlıq gedir, mənəvi deyil. Marketinqlə məşğul olan insanlar zəif nöqtəmizi yaxşı bilirlər. Fotosessiya kimi yeni toy adətlərinin hamısı pul tələsidir. İnanın ki, gənclər buna görə evlilikdən qaçır.

Artıq ailə insititutu dağılır”.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin