Qubada mübahisə qanla bitdi – Tutulan var

Hazırda oxunan: Qubada mübahisə qanla bitdi – Tutulan var

269000

Qubada bıçaqlanma hadisəsi olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şabran rayon sakini, 33 yaşlı Ceyhun Kərimov Quba sakinini bıçaqlayıb.

Belə ki, Ceyhun Kərimov aralarında baş vermiş mübahisə nəticəsində Quba rayon sakini, 35 yaşlı Murad Nəcəfova kəsici alətlə xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşları əməli törətməkdə şübhəli bilinən Ceyhun Kərimovu saxlayıb. Faktla bağlı araşdırma başlanılıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin