Azərbaycanda ən çox sürülən avtomobillər – SİYAHI

Hazırda oxunan: Azərbaycanda ən çox sürülən avtomobillər – SİYAHI

268979

Ötən ildə olduğu kimi, 2024-cü ildə də Azərbaycan yollarında ən çox rast gəlinən markalar arasında "Mercedes" liderliyini qoruyub.

Bizim.Media bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Təxminən 220 min ədədə yaxın "Mercedes" minik avtomobili ilə bu marka ən populyar seçim olaraq qalır.

İkinci yerdə isə klassik VAZ-2101, 03-06 modelləri gəlir. Bu avtomobillərin sayı 199 min ədədə yaxın olmaqla, hələ də geniş istifadəçi kütləsinə malikdir.

Üçüncü ən populyar marka isə VAZ-2105, 2107 və modifikasiyaları olub. Bu modellərdən 126 min ədəddən çox istifadə edildiyi qeydə alınıb.

Lider üçlükdən sonra müasir avtomobil markaları da öz mövqelərini möhkəmləndirməyə davam edir. Hyundai markalı avtomobillərinin sayı təxminən 142 min ədədə, Toyota avtomobillərinin sayı 115 min ədədə, KIA avtomobillərinin sayı isə 97 min ədədə yaxın olub.

Ən az üstünlük verilən markalar

Statistikaya görə, 2024-cü ildə ən az üstünlük verilən avtomobillər arasında Rolls Royce (74 ədəd), Rover (91 ədəd) və Isuzu (99 ədəd) yer alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin