"WhatsApp”, “Facebook” və “Instagram” birləşdi

Hazırda oxunan: "WhatsApp”, “Facebook” və “Instagram” birləşdi

268978

Meta "WhatsApp", "Facebook" və "Instagram"ı bir-birinə inteqrasiya etmək barədə fəaliyyətini davam etdirir.

Bizim.Media xəbər verir ki, "WhatsApp" profil şəklinin seçilməsi ilə bağlı yenilik üzərində işləyir.

Buna qədər istifadəçilər profil şəklini seçmək üçün yeni şəkil çəkə, qalereyada olan fotolardan birini seçə və ya süni intellektlə yaradılmış şəkillərdən istifadə edə bilirdi. Yeni funksiya "Facebook" və "Instagram" profilindəki şəkilləri "WhatsApp"a asanlıqla köçürməyə imkan verəcək. Bunun üçün "WhatsApp" hesabı Meta Hesab Mərkəzinə bağlı olmalıdır.


Yenilik "WhatsApp" androidlər üçün beta versiyasında müşahidə edilib. (Metbuat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin