Rektor: "İşə çıxmıram, universiteti uşaqlar idarə edirlər"

Hazırda oxunan: Rektor: "İşə çıxmıram, universiteti uşaqlar idarə edirlər"

268950

"Mən demək olar ki, işə çıxmıram. Universiteti uşaqlar özləri idarə edirlər".

Bizim.Media xəbər verir ki, bu sözləri iqtisadiyyat.az-a açıqlamasında Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev deyib.

O, buna səbəb olaraq havaların isti olmasını göstərib.

Universitetdə fəaliyyətini hələ ki davam etdirdiyini söyləyən rektor ali məktəbə az-az getdiyini vurğulayıb:

"Uşaqlar ordadır da, universiteti özləri idarə edirlər. Universiteti isə təqaüdə çıxmaq üçün yox, işləmək üçün yaratmışıq".

Səhhəti barədə isə söz açan Ə.Vəliyev deyib ki, problem qocalıqla bağlıdır: "Səhhətimlə bağlı müalicələr gedir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin