Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunda işlər 2026-cı ilin yazında başa çatacaq
Bizim.Media report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avtomobil Yolları Dövlət Agentliyinin İnvestisiya idarəsinin rəis müavini İlham Süleymanov deyib.
Onun sözlərinə görə, yolun ümumi uzunluğu 123.6 kilometrdir və birinci texniki dərəcəyə uyğun layihələndirilib:
"Hərəkət hissəsinin eni 14-21 metr arasında dəyişir. Yolun 78 kilometrlik hissəsi 6 cərgəli, qalan 45.6 kilometrlik hissəsi 4 cərgəli olaraq inşa edilib. Yolun üzərində 28 ədəd körpü tikilib.
Bunların 16-ı su keçidlərinin üzərində inşa olunub, qalanı isə yol ötürücüdür. Yolun üzərində 8 ədəd qovşaq və ümumi uzunluğu 12 kilometrdən bir qədər artıq olan 3 ədəd tunel inşa edilib. Hazırda avtomobil yolunda işlərin fiziki tərəqqisi 95% təşkil edir".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:38 / 05.09.2025
Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd yolunda işlər BU TARİXDƏ tamamlanacaq
Hazırda oxunan: Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd yolunda işlər BU TARİXDƏ tamamlanacaq
Hazırda oxunan: Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd yolunda işlər BU TARİXDƏ tamamlanacaq
268944
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.