Azərbaycan Hava Yolları QSC (AZAL) Bakı–Təbriz–Bakı istiqamətində müntəzəm aviareyslərin icrasına start verib.
Bizim.Media xəbər verir ki, dünən həyata keçirilən ilk uçuş çərçivəsində AZAL-a məxsus təyyarə Təbriz Şəhid Mədəni Beynəlxalq Hava Limanına eniş edib.
Təyyarə hava nəqliyyatında mövcud beynəlxalq ənənəyə uyğun olaraq “su tağı” ilə qarşılanıb.
Yeni marşrutun açılması Azərbaycan və İran arasında hava nəqliyyatı əlaqələrinin genişlənməsinə, eləcə də turizm və iqtisadi əməkdaşlığın inkişafına mühüm töhfə verəcək.
Qeyd edək ki, Azərbaycana məxsus təyyarə İkinci Qarabağ müharibəsindən sonra ilk dəfədir ki, Təbrizə uçub.
Bizim.Media