Bu il Dövlət Proqramı ilə xaricdə təhsil hüququ qazananların SAYI AÇIQLANDI – ÖZƏL

Hazırda oxunan: Bu il Dövlət Proqramı ilə xaricdə təhsil hüququ qazananların SAYI AÇIQLANDI – ÖZƏL

268912

Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində 2025–2026-cı tədris ili üzrə 191 nəfər xaricdə təhsil hüququ qazanıb.

Bu barədə Bizim.Media-nın sorğusuna Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
 

Məlumatda bildirilir ki, Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində 2025–2026-cı tədris ili üzrə Macarıstanda 130, Çin Xalq Respublikasında 43, Latviya Respublikasında 10, Rumıniyada isə 8 nəfər bakalavriat, magistratura və doktorantura səviyyələrində müxtəlif ixtisas istiqamətləri üzrə təhsil almaq hüququ qazanıb.


Eyni zamanda, digər HTP tərəfdaş ölkələr üzrə namizədliyi təqdim edilən AR vətəndaşlarının nəticələri ilə bağlı yekun qərarın qarşı tərəflərin aidiyyəti qurumlarından verilməsi gözlənilir.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin