"Bakı metropoliteni" QSC-nin sifarişi ilə Bakıya Rusiyanın "Metrovaqonmaş" müəssisəsinin istehsalı olan dördüncü nəsil 81-765 və B81-/766.B modelli 20 vaqon yola salınıb.
Bizim.Media xəbər verir ki, bunu QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, vaqonların ilk partiyası iyunun 29-da, ikinci partiyası iyunun 30-da göndərilib:
"Hər partiyada iki lokomotiv yer alır. Təkmilləşdirilmiş istilik və səs izolyasiyalı vaqonlarda sərnişinlər üçün çoxfunksiyalı zonalar, irihəcmli yüklər, uşaq və əlillər üçün yerlər var. Vaqonlar virusa yoluxmanın qarşısını alan funksiyasının olduğu kondisioner sistemləri ilə təchiz olunub".
B.Məmmədov əlavə edib ki, kondisioner sistemi QSC-nin texniki tələblərinə uyğun və yerli iqlim şərtləri nəzər alınaraq hazırlanıb:
"Yeni vaqonlar "Nərimanov" elektrik deposunda sazlama işlərindən sonra xəttə buraxılacaq". (trend)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:33 / 01.07.2021
Yeni qatarlardakı kondisionerlər yoluxmanın qarşısını alacaq
Hazırda oxunan: Yeni qatarlardakı kondisionerlər yoluxmanın qarşısını alacaq
Hazırda oxunan: Yeni qatarlardakı kondisionerlər yoluxmanın qarşısını alacaq
26891
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.