Üzün vaxtından tez qırışmasının 3 əsas səbəbi - Açıqlama

Hazırda oxunan: Üzün vaxtından tez qırışmasının 3 əsas səbəbi - Açıqlama

268907

Kosmetoloq üz dərisinin sürətlə yaşlanmasına səbəb olan 3 səhvi açıqlayıb.

Bizim.Media xəbər verir ki, kosmetoloq Anastasiya Sokolova üz dərisinin yaşlanmasını sürətləndirən ən yaygın səhvləri açıqlayıb.

Mütəxəssisin sözlərinə görə bəzi vərdişlər dərin qırışların yaranmasına və dərinin elastikliyinin itirilməsinə səbəb olur.

Günəşdən qorunmamaq

Sokolova bildirir ki, SPF qoruyucu istifadə etməmək dərinin kollagen və elastin strukturunu məhv edir, melanin sintezini artıraraq piqment ləkələrinin yaranmasına yol açır. Kosmetoloq vurğulayıb ki, günəşdən qoruyucu məhsullar yalnız yayda deyil, ilin bütün fəsillərində tətbiq olunmalıdır.

Üz fitnesinə hədsiz maraq

Kosmetoloq üz əzələlərinin skelet əzələləri kimi işləmədiyini qeyd edir. "Face fitness" üsulu qırışların qarşısını almaq əvəzinə, mövcud qırışları dərinləşdirə və yeni qırışların yaranmasına səbəb ola bilər.

Dolğuların həddən artıq istifadəsi
 

Trend prosedurlar olan "Jolie almacıqları" kimi filler istifadəsi dərinləşdirilmiş qırışlara, şişkinliyə və üz formasının pozulmasına səbəb ola bilər. Sokolova tövsiyə edir ki, dolğular yalnız ehtiyac olduqda və ölçülü şəkildə istifadə edilsin.


Mütəxəssisin sözlərinə görə, düzgün qulluq və ehtiyatlı yanaşma üz dərisinin uzun müddət gənc qalmasına imkan verir. (Milli.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin