“Avqust ayında isti geyimlər, ayaqqabılar və məktəb ləvazimatları toplamışıq. Onlar Sumıda yerləşən Uşaqların Sosial-Psixoloji Reabilitasiyası Mərkəzinə göndəriləcək”.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev “Facebook” hesabında məlumat yayıb.
O, toplanan əşyaların tezliklə Ukraynaya göndəriləcəyini qeyd edib.
“Toplanılanlardan həm də Baxmut, Pokrovsk, Mirqorod, Xerson və Sumı regionlarında Rusiyanın hücumlarına görə yaşadığı yerləri tərk etmiş ailələrin uşaqlarına da pay çatacaq”, - səfir vurğulayıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:47 / 05.09.2025
Bakıdan ukraynalı uşaqlara yardım göndəriləcək
Hazırda oxunan: Bakıdan ukraynalı uşaqlara yardım göndəriləcək
Hazırda oxunan: Bakıdan ukraynalı uşaqlara yardım göndəriləcək
268902
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.