Dərs saatı az olan müəllimlər üçün FÜRSƏT - Qeydiyyat başlayır

Hazırda oxunan: Dərs saatı az olan müəllimlər üçün FÜRSƏT - Qeydiyyat başlayır

268893

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərində  və Qarabağ və Şərqi Zəngəzur RTİ-nin Sumqayıt şəhəri və Abşeron rayonunda yerləşən məktəblərində çalışan, dərs saatı az olan müəllimlər tədris ili ərzində yaranan vakant dərs saatlarını əvəzçilik qaydasında tədris etmək üçün bu hiperlinkdə 7 sentyabr saat 23:00-dək qeydiyyatdan keçə bilərlər.

Bizim.Media xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, qeydiyyatdan keçmiş müəllimlər tədris ili ərzində yaranmış vakansiyalar üzrə əvəzçilik qaydasında dərs saatı ilə təmin ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin