Xəbər verdiyimiz kimi, sentyabrın 4-də peşə məktəblərinə qəbulun II mərhələsinin nəticələri açıqlanıb.
II mərhələdə qəbul ola bilməyən şagirdlərə maraqlıdır ki, ötən illərdə olduğu kimi, bu il də III mərhələ olacaq?
Bizim.Media mövzuyla bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb. Agentliyin mətbuat xidmətindən bildirilib ki, peşə məktəblərinə qəbul prosesinin III mərhələsi olacaq.
MÖVZU İLƏ BAĞLI:
Kollec və peşə məktəbində oxuyan tələbələrə ŞAD XƏBƏR - Yeni tədris ilindən...
Ancaq prosesin başlayacağı tarix hələki məlum deyil.
Qeyd edək ki, 2025/2026-cı tədris ili üzrə tələbə qəbulu 78 peşə təhsili müəssisəsində 13 640 plan yeri üzrə aparılıb. İkinci mərhələdə 19 292 nəfərdən 72 597 müraciət daxil olub. Ümumilikdə 8341 nəfər müsabiqədən keçib.
Nəzrin Mirzəyeva, Bizim.Media