Hazırda “Plaza dili” deyilən yeni bir dəb formalaşıb, təkcə Azərbaycanda deyil, bütün dünyanın iş ortamında mövcuddur. Bu barədə Bizim.Media-ya filoloq, dilçi alim Baba Məhərrəmli məlumat verib. Onun sözlərinə görə, xüsusən ingilis mənşəli alınma sözlərdən ibarət olan bu danışıq dili heç bir qaydalar olmadan işlənib hazırlanmış və hətta uydurulmuş ünsiyyət formasıdır.
Əsasən paytaxt və meqapolislərdə, böyük şirkətlərdə, xüsusilə bank və digər maliyyə qurumlarında işlədilən ünsiyyət şəklidir.
Məsələn, “Verilmiş taskın deadline tarixi confirm olundu” – “Verilmiş tapşırığın təslim edilmə tarixi təsdiqləndi”,
“Meetinglə bağlı podcast olacaq, sən də join elə” – “Toplantı ilə bağlı ortaq video-müzakirə olacaq, sən də qoşul”,
“Discount var, amma limiteddir” – “Endirim var, amma məhduddur” və s.
Mütəxəssis bildirir ki, bu ünsiyyət forması əsasən şəhər mühitinin və yeni texnologiyanın təsiri ilə gənclər, ofis işçiləri, marketinq, satış və xidmət sahəsində çalışanlarda yayılıb. Digər tərəfdən də “yüksək prestij” effekti yaratmaq, daha müasir, qlobal görünmək üçün bu danışıqdan istifadə olunur.
“Plaza dili” sadəcə söz qarışdırmaq deyil, həm də dilin strukturuna müəyyən təsirlər göstərir. Çoxlu ingilis və rus terminləri Azərbaycan sözlərinin yerini tutur. Sonra isə zamanla bu sözlər əvəzedici kimi işlənməyə başlayır, üstəlik alınma sözlərə Azərbaycan dilində şəkilçi artırılır ki, bu da dilin strukturunu dəyişdirir, hibrid sözlər alınır. Məsələn, “like-lamaq”, “post-lamaq”, “forward-lamaq” və s.
Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:00 / 06.09.2025
Gənclərin “Plaza dili” – Modern danışıq, yoxsa dilin deformasiyası?
Hazırda oxunan: Gənclərin “Plaza dili” – Modern danışıq, yoxsa dilin deformasiyası?
Hazırda oxunan: Gənclərin “Plaza dili” – Modern danışıq, yoxsa dilin deformasiyası?
268875
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.