Bağçalarda uşaqlara bu yeməklər verilməlidir – RƏSMİ – SİYAHI

Hazırda oxunan: Bağçalarda uşaqlara bu yeməklər verilməlidir – RƏSMİ – SİYAHI

268846

Bu günlərdə dövlət bağçasında uşaqlara quru çörək verilməsi faktı ictimaiyyətdə ciddi narazılıq doğurdu və nəticədə həmin bağçanın müdiri işdən azad edildi. Bu hadisə dövlət müəssisələrində uşaqların qidalanması ilə bağlı müəyyən suallar doğurub.

Maraqlıdır, bağçalarda yemək keyfiyyətinə mütəmadi nəzarət olunurmu və bu proses hansı qaydalarla tənzimlənir?
 

MÖVZU İLƏ BAĞLI:

Uşaq bağçasında QALMAQAL - Azyaşlılara ət əvəzinə toyuğun dərisini kotlet edib verirlər? - VİDEO


Mövzu ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, məktəbəqədər təhsil müəssisələrində uşaqların sağlamlığı, təhlükəsizliyi və düzgün qidalanması prioritet istiqamətlərdəndir və bu məsələlər daim diqqət mərkəzində saxlanılır:

“Bağçalarda qidalanma normaları Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən tənzimlənir. Qida gün ərzində müəssisələrin iş saatlarına uyğun təşkil olunur. 2023-cü ildən etibarən paytaxt və bir sıra bölgələri əhatə edən 446 bağçada qidalanma ilə bağlı pilot layihə icra edilir. Layihə çərçivəsində vahid menyu tətbiq edilir və yeməklərin bir qismi özəl şirkətlər tərəfindən çatdırılır, digər hissəsi isə birbaşa müəssisələrin özündə hazırlanır”.

Agentlikdən əlavə olunub ki, uşaqların qidalanmasında zülal, karbohidrat, mineral və vitamin balansına xüsusi diqqət yetirilir:

“Valideynlərlə birlikdə uşaqların allergik reaksiyaları da müəyyənləşdirilir və menyuda bu amillər nəzərə alınır. Kənardan qida gətirilməsinə icazə verilmir, bağça heyəti isə bu istiqamətdə mütəmadi maarifləndirilir”, - deyə bildirilib.

Məlumata görə, Qida Təhlükəsizliyi İnstitutu ilə əməkdaşlıq çərçivəsində paytaxt və regionlarda fəaliyyət göstərən məktəbəqədər müəssisələrin 1600-ə yaxın müdiri, aşpazı və aşpaz köməkçisi üçün təlimlər keçirilib:


“Təlimlərdə qida məhsullarının qəbulu, emalı, saxlanması və daşınması zamanı gigiyena qaydaları izah olunub. Bununla yanaşı, bağçalarda sanitariya-gigiyena və qida təhlükəsizliyi ilə bağlı monitorinqlər də aparılır”,  - deyə agentlikdən məlumat verilib.

Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən bağçalarda uşaqlar üçün qida normaları ilə bağlı cədvəli təqdim edirik:




Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin