Mədəkiçiltmə əməliyyatından sonra komaya düşən “Universal” hospitalın baş həkiminin SON DURUMU

Hazırda oxunan: Mədəkiçiltmə əməliyyatından sonra komaya düşən “Universal” hospitalın baş həkiminin SON DURUMU

268842

Xəbər verildiyi kimi mədəkiçiltmə əməliyyatı keçirən tanınmış oftalmoloq, “Universal” hospitalın rəhbəri və baş həkimi Aytən Sultanovanın səhhəti bir neçə gün öncə kəskin pisləşib. O, əvvəlcə “Universal” hospitalın  reanimasiya şöbəsinə, daha sonra isə Mərkəzi Klinik Xəstəxananın Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.

Mərkəzi Klinik Xəstəxananın mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, hazırda A.Sultanovanın vəziyyəti ağır-stabil olaraq qalmaqdadır:
 

MÖVZU İLƏ BAĞLI:

“Universal” Hospital komada olan baş həkimindən niyə xəbərsizdir? – Aytən Sultanovanın MÜƏMMALI əməliyyatı


“Xəstə Aytən Sultanovanın xəstəxanamızın Reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi davam edir. Vəziyyəti ağır-stabil olaraq qiymətləndirilir”.

Qeyd edək ki, oftalmoloqun baş həkim olduğu “Universal” hospitalda mədəkiçiltmə əməliyyatı olduğu bildirilir. Hospital tərəfindən isə məlumat nə təsdiq, nə təkzibini tapıb.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin