47 dövlət qurumunun 95 əməkdaşı hakerlərin hədəfi oldu

Hazırda oxunan: 47 dövlət qurumunun 95 əməkdaşı hakerlərin hədəfi oldu

268831

"Hakerlər sadəcə informasiya sistemlərini deyil, eləcə də vətəndaşları hədəf alır və onların fərdi məlumatlarından, əsasən maliyyə dələduzluğu əməliyyatlarında istifadə edirlər".

Bizim.Media xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini, general-mayor Allahverən İsmayılov “Dövlət Qurumları İnformasiya Təhlükəsizliyi Rəhbərlərinin 6-cı Zirvə toplantısı”nda çıxışı zamanı deyib.

"Belə ki, Daxili İşlər Nazirliyinin açıqlamasında 2025-ci ilin ilk 4 ayı ərzində hakerlərin vətəndaşlardan kiberdələduzluq yolu ilə ələ keçirdiyi vəsaitin miqdarının 6 milyondan çox olduğu bildirilib.
 

Xidmət tərəfindən aparılan monitorinqlər nəticəsində 2025-ci ilin birinci yarımilində dövlət xidmətlərindən istifadə edən 6164 vətəndaşın və 47 dövlət qurumunun 95 əməkdaşının hakerlərin "qurbanına" çevrildiyi müəyyən edilib.


Hakerlərin hədəfinə çevrilən vətəndaşların bu sahədə daha diqqətli və ayıq olmaları üçün cəmiyyətdə kibermaarifləndirmənin müxtəlif üsul və vasitələrlə yayılmasının intensivləşdirilməsini məqsədəuyğun hesab edirik”, - deyə Allahverən İsmayılov bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin