Tələbələrin DİQQƏTİNƏ: Kirayə adı ilə dələduzluq edilir – FOTO

Hazırda oxunan: Tələbələrin DİQQƏTİNƏ: Kirayə adı ilə dələduzluq edilir – FOTO

268825

Yeni tədris ilinin başlamasına az qalmış kirayə ev vermək adı ilə dələduzluq edənlərin sayı artıb.

Bizm.Media xəbər verir ki, bu barədə təhsil eksperti Adil Vəliyev sosial şəbəkə hesabında paylaşım edib.

Ekspert bildirib ki, yaxınları bu dələduzluğun qurbanı olub:

“Keçən gün bir dostumuzun rayonda yaşayan qohumları Bakıda universitetə qəbul olduqları üçün elan saytlarından birindən ev bəyəniblər. Saytda yazılan nömrə ilə əlaqə saxlayanda qarşı tərəf 100 manat beh (pul) göndərməli olduğunu deyib. Bəli, düşündüyünüz kimi, pul karta göndəriləndən sonra nömrəyə zəng çatmayıb.
 

Bu arada onlayın razılaşmadan da çəkinin. Çünki sizə göndərilən vəsiqə sizdən öncəki qurbanın vəsiqəsi, ev şəkilləri isə fərqli saytlardan götürülmüş ola bilər.


Ona görə də mümkün qədər universitet yataqxanalarına üz tutun. Yer olmasa, bir neçə gün öncədən qəbul olduğunuz universitetin yerləşdiyi şəhər və ya rayona gəlib, ev sahibi ilə rəsmi müqavilə əsasında kirayə müqaviləsi bağlayın ki, daha sonrakı qurban siz olmayasınız”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin