Bu sinifin bütün məzunları tələbə adını QAZANDI

Hazırda oxunan: Bu sinifin bütün məzunları tələbə adını QAZANDI

268805

Bu il Şəki şəhər 10 nömrəli tam orta məktəbin texniki fənlər təmayüllü XIt sinfini bitirən 21 məzunundan 20-si ölkənin nüfuzlu ali məktəblərinə qəbul olub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ilk turu keçə bilməyən 1nəfər məzun da ikinci tur seçimlərindən sonra ali məktəbə qəbul olunub. 
 

Qeyd edək ki, 2024–2025-ci tədris ilində məktəbin 12 şagirdi tam orta təhsilini Fərqlənmə attestatı ilə başa vurub.


Ümumilikdə isə bu il məktəbi bitirən 46 məzun tələbə adını qazanıb.

Onlardan 9 nəfəri 600-dən yuxarı, 7 nəfəri isə 500-dən yuxarı bal toplayıb. Xüsusilə, XIt sinfinin şagirdlərindən 8-i 600-dən yuxarı, 3-ü isə 500-dən yuxarı nəticə göstərib.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin