Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov sentyabrın 3-4-də Naftalan Şəhər Polis Şöbəsində vətəndaş qəbulu keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Gəncə, Naftalan, Goranboy, Samux, Göygöl, Daşkəsən, Xocalı, Kəlbəcər və digər bölgələrdən gələn 172 vətəndaşın müraciəti dinlənilib.
Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərlərinin icrası üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə ciddi tapşırıqlar verilib.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını da keçirib. Vətən müharibəsinin 16 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 121 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Bizim.Media