Kriminal mahnıya görə işdən çıxarılan direktorun yerinə TƏYİNAT

Hazırda oxunan: Kriminal mahnıya görə işdən çıxarılan direktorun yerinə TƏYİNAT

268735

Samux rayonu İnstitut qəsəbə məktəbinə yeni direktor təyin edilib.

Bizim.Media xəbər verir ki, sözügedən vəzifəyə Natiq Əmirov gətirilib.

O, bundan əvvəl Göygöl rayonu Fəxrəddin İmamquliyev adına Yalqışlaq kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, sözügedən məktəbdə keçirilən "Son zəng" tədbirində kriminal həyat tərzini təbliğ edən mahnının səsləndirilməsi barədə görüntülər yayılmışdı. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən direktor ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. O, daha sonra məhkəməyə üz tutsa da, işə bərpa edilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin