Hövsanda zədələnmiş dövlət bayrağı niyə hələ də ASILI qalır? – Ərazi nümayəndəsindən QALMAQALLI AÇIQLAMA – VİDEO

Hazırda oxunan: Hövsanda zədələnmiş dövlət bayrağı niyə hələ də ASILI qalır? – Ərazi nümayəndəsindən QALMAQALLI AÇIQLAMA – VİDEO

268729

Suraxanı rayonu Hövsan qəsəbəsi Bağlar massivi “Dənizkənarı” küçə adlanan ərazidə asılan Azərbaycan bayrağı cırılıb.

Bu barədə Bizim.Media-ya qəsəbə sakinləri məlumat veriblər.

Sakinlərin təqdim etdiyi görüntülərdə yayayış evinin hasarına bərkidilmiş bayrağın rənginin solduğu və bayrağın bir neçə yerdən cırıldığı görünür.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Suraxanı RİH-nin Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qurbanəli İslamov buna görə vətəndaşın məsuliyyət daşıdığını deyib:
 

“Ümumiyyətlə, hər qapıda bayraq asılmalıdır ki? Onu redaksiyaya çəkib atınca gedib həmin qapını döysünlər ki, vətəndaş, bayrağı çıxart. Bayraq dövlət idarələrinin qarşısında olur, yaşayış yerində asılan bayrağa vətəndaş özü cavabdehdir. Bizim ərazi böyükdür, oranın sahə müvəkkili var, sahə müvəkkili gəzəndə görmür onu?!”, - deyə Qurbanəli İslamov əlavə edib.


Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında qanunun Dövlət Bayrağının istifadəsinə dair tələblərinin 9-cu maddəsinin 9.3 bəndinə əsasən, Azərbaycan Respublikasının Dövlət Bayrağı bütöv olmalı və solğun görünməməlidir.

Bundan əlavə Azərbaycan Respublikasının Dövlət Bayrağı elə qaldırılmalıdır ki, onun parçasının aşağı tərəfi yerdən azı üç metr hündürlükdə olsun.


Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin