“Universal” Hospital komada olan baş həkimindən niyə xəbərsizdir? – Aytən Sultanovanın MÜƏMMALI əməliyyatı

Hazırda oxunan: “Universal” Hospital komada olan baş həkimindən niyə xəbərsizdir? – Aytən Sultanovanın MÜƏMMALI əməliyyatı

268721

Xəbər verildiyi kimi, mədəkiçiltmə əməliyyatı keçirən tanınmış oftalmoloq, “Universal” hospitalın rəhbəri və baş həkimi Aytən Sultanovanın səhhəti pisləşib. O,  Mərkəzi Klinik Xəstəxananın Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. Hazırda həkimin komada olduğu bildirilir.

Məlumatlara görə mədəkiçiltmə əməliyyatından sonra həkim son vaxtlar kəskin şəkildə çəki də atıbmış. Onun 60 kiloqrama yaxın arıqladığı deyilir.

Məlumata görə, o, baş həkim kimi çalışdığı “Universal” hospitalda əməliyyat olunub. Amma hansı həkimin onu əməliyyat etdiyi barədə məlumat açıqlanmır.

Bizim.Media məsələnin təfərratlarını öyrənməyə çalışıb.

“Universal” Hospitaldan Bizim.Media-ya verilən açıqlamada həkimin əməliyyat olub-olmadığına dair məlumatlarının olmadığı bildirilib:

“Bizim hospitalda əməliyyat olunmayıb. Ümumiyyətlə, onun əməliyyat olub-olmadığı ilə bağlı heç bir məlumatımız yoxdur. Səhhəti ilə bağlı da bilgimiz yoxdur. Ola bilsin, rəhbərlik səhhəti ilə bağlı xəstənin yaxınlarının da icazəsi ilə məlumat versin, amma biz məlumat verə bilmirik”, -deyə hospitaldan qeyd olunub.

Maraqlıdır ki, “Universal” Hospitalın  əməkdaşları koma vəziyyətində olan rəhbərləri və baş həkimi barədə məlumatsızdır. Üstəlik əməliyyatın elə Hospitalda aparıldığını belə təsdiqləməkdən yayınırlar. Səbəb isə müəmmalıdır.

Qeyd edək ki, Aytən Sultanova daha əvvəl "Caspian", "Badam", "Məlhəm" klinikalarında da rəhbər vəzifələr tutub.

Naibə, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin