Oyun Layihələrinin Pre-inkubasiyası Proqramı uğurla başa çatdı – FOTO

Hazırda oxunan: Oyun Layihələrinin Pre-inkubasiyası Proqramı uğurla başa çatdı – FOTO

268707

3 may 2025-ci il tarixində Oyun Layihələrinin Pre-inkubasiyası Proqramı rəsmi olaraq yekunlaşdı. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi və “Gamepons” şirkətinin təşkilatçılığı ilə keçirilən proqram çərçivəsində baş tutan “Demo Day” tədbiri böyük maraqla qarşılandı.

Bizim.Media xəbər verir ki, üç ay ərzində intensiv mentorluq və təlimlər vasitəsilə formalaşan 10 yerli oyun komandası öz prototiplərini təqdim etdi. 

Tədbirdə dövlət qurumlarının nümayəndələri, investorlar, oyun sənayesinin peşəkarları və media nümayəndələri iştirak edərək təqdimatlara yaxından maraq göstərdilər.

Münsiflər heyətinin qiymətləndirməsi nəticəsində ən yaxşı üç oyun layihəsi müəyyən olundu və qalib komandalar — “Starlight”, “Heragames” və “Untitle” oyun studiyaları — elan edildi. Hər bir komanda 10.000 AZN məbləğində qrant dəstəyi ilə təltif edildi ki, bu da onların oyunlarını inkişaf etdirərək qlobal bazara çıxarmasına mühüm imkan yaradacaq.

Proqramın nəticələri göstərdi ki, Azərbaycanda oyun sənayesinin gələcəyi üçün böyük potensial var. 

Bu təşəbbüs yalnız yeni oyun studiyalarının formalaşmasına deyil, həm də ölkənin innovasiya və rəqəmsal inkişaf strategiyasına uyğun olaraq kreativ iqtisadiyyatın güclənməsinə xidmət edir.

Qalib komandaları ürəkdən təbrik edir, onların uğurlarının gələcəkdə həm yerli, həm də beynəlxalq səviyyədə böyük nailiyyətlər gətirəcəyinə inanırıq.








Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin