Üç ay davam edən intensiv təlim və mentorluq mərhələsinin ardından Oyun Layihələrinin Pre-inkubasiyası Proqramı artıq final mərhələsinə qədəm qoyur.
Bizim.Media xəbər verir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi və “Gamepons” şirkətinin təşkilatçılığı ilə həyata keçirilən proqram çərçivəsində 3 may 2025-ci il tarixində “Demo Day” tədbiri keçiriləcək.
Bu tədbirdə proqram müddətində formalaşan yerli oyun komandaları öz prototiplərini təqdim edəcək.
Təqdimatlar İRİA nümayəndələri, investorlar, oyun sənayesinin peşəkarları və digər dəvətli qonaqlar qarşısında baş tutacaq. Bu, iştirakçıların oyun ideyalarını real bazar üçün təqdim etmək, həmçinin yeni əməkdaşlıqlar qurmaq baxımından böyük imkan yaradacaq.
Tədbirin sonunda ən yaxşı üç komanda münsiflər heyəti tərəfindən seçiləcək və hər biri 10.000 AZN qrant dəstəyi ilə mükafatlandırılacaq. Bu qrantlar komandaların oyunlarını daha da inkişaf etdirərək kommersiya məhsuluna çevirməsinə kömək edəcək.
“Demo Day” yalnız təqdimat mərhələsi deyil, həm də Azərbaycan oyun sənayesinin inkişafı üçün mühüm bir hadisədir. Burada formalaşan studiyalar ölkədə oyun tərtibatının gələcəyinə yön verəcək yeni adımlar atacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:20 / 29.04.2025
Pre-inkubasiya proqramında finala yaxınlaşırıq – Demo Day baş tutacaq
Hazırda oxunan: Pre-inkubasiya proqramında finala yaxınlaşırıq – Demo Day baş tutacaq
Hazırda oxunan: Pre-inkubasiya proqramında finala yaxınlaşırıq – Demo Day baş tutacaq
268705
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.