İcra başçısının birinci müavini vəzifəsindən azad edildi

Hazırda oxunan: İcra başçısının birinci müavini vəzifəsindən azad edildi

268703

Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsindən ayrılıb.

Bizim.Media banker.az-a istinadən xəbər verir ki, RİH başçısı Vaqif Həsənovun əmri ilə Allahverən İdris oğlu Əliyev vəzifəsindən azad edilib.

A.Əliyev 15 iyul 1955-ci ildə Ağdam rayonu Çəmənli kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda ali təhsil alıb. Baytar həkimdir. O, 1996-cı ildən YAP üzvü idi.

Onun yeri hazırda vakantdır. RİH başçısının digər müavini isə Xəqani Salman oğlu Nəzərovdur.

Qeyd edək ki, V.Həsənov Prezidentin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin