“Bu sahələrdə çalışanların maaşları artırıla bilər” – Deputatlardan AÇIQLAMA

Hazırda oxunan: “Bu sahələrdə çalışanların maaşları artırıla bilər” – Deputatlardan AÇIQLAMA

268696

Əmək bazarında müxtəlif sahələrdə çalışanların maaş məsələsi daim diqqət mərkəzindədir. Xüsusilə təhsil, səhiyyə, sosial xidmət, mədəniyyət və elmi tədqiqat sahələrində əməkhaqqının səviyyəsi müzakirə mövzusu olaraq qalır. Bu sahələrdə çalışanlar əhalinin gündəlik həyatına birbaşa təsir göstərən peşə sahibləridir.

Bəs hansı sahələrdə maaşların artırılmasına ehtiyac var?

Millət vəkili Fazil Mustafa Bizim.Media-ya açıqlamasında bildirib ki, maaşların artırılması hökumətin prioritetlərindən biridir və bu istiqamətdə vaxtaşırı addımlar atılır. Deputat hesab edir ki, xüsusilə sosial sahələrdə çalışanların maaşlarının  artırılmasına ehtiyac var:

“Müəllimlərin, digər peşə sahiblərinin, tibb işçilərinin maaşlarının artırılması zəruridir. Məmurların da maaşının artırılması vacibdir. Çünki konstitusiyaya görə hər kəs ləyaqətli həyat yaşamalıdır və bu, onların təminatına birbaşa təsir göstərir”, - deyə deputat vurğulayıb.

Deputat Aqil Abbas da mövzu ilə bağlı fikirlərini bölüşüb. O, maaş artımlarının xüsusən müəllim, həkim və polis əməkdaşlarını əhatə etməsinin vacibliyini qeyd edib:

“Fikrimcə, müəllimlərin, polislərin və həkimlərin maaşı artırılmalıdır. Bir məsələni də qeyd edim. Guya mən mətbuata açıqlama vermişəm ki,  deputatların maaşı artırılsın. Yalan yazmasınlar, belə söz deməmişəm”, - deyə Aqil Abbas bildirib.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin