“Qoyunlu evlər gördüm, qurulu yaya bənzər, Qoyunsuz evlər gördüm, qurumuş çaya bənzər”.
Bu misralar Beyləqanlı çoban Fərail Əzimovun dilindən düşmür. 25 ildən çoxdur ki, bu zəhmətkeş insan həyatını qoyunlara, yaylaqlara, dağlara həsr edib.
Birinci Qarabağ müharibəsindən sonra Fərail bəy məcburi şəkildə aran yerlərində məskunlaşmalı olsa da, öz peşəsindən əl çəkməyib.
Fərail bəyi digər çobanlardan fərqləndirən bir cəhəti də var. O, qoyunları adi səs və səsləmələrlə deyil, muğam ifaları ilə otarır.
Ətraflı videosüjetdə:
Leyla Vəfadar, Pərviz Allahverdiyev, Bizim.Media