Hüseyn Həsənovun Rusiyada heç bir biznesi qalmayıb – Sonuncu şirkəti BAĞLANDI

Hazırda oxunan: Hüseyn Həsənovun Rusiyada heç bir biznesi qalmayıb – Sonuncu şirkəti BAĞLANDI

268672

Azərbaycanlı bloger Hüseyn Həsənovun Rusiyada heç bir biznesi qalmayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Shot” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Rusiya Vergi Xidməti blogerin sonuncu şirkəti “Banda Foods”u bağlayıb.

2023-cü ildə restoran biznesi ilə məşğul olmağa çalışan Həsənov suşi rolları hazırlamağa başlayıb, lakin biznes tez bir zamanda iflas edib. Qablaşdırmanı təmin edən və çatdırılma ilə məşğul olan tərəfdaşlar isə məhkəməyə müraciət etməli olublar. Hüseyn hesabları ödəmədən Rusiyadan çıxıb.

Qeyd edək ki, Hüseyn uzun müddətdir Rusiyanı tərk edib. O, Dubay və Azərbaycanda yaşayır.

Hüseynin vergi orqanlarına külli miqdarda borcu olması faktı ötən il üzə çıxıb. Borc təxminən 800 min rubl təşkil edir. Bundan əvvəl vergi idarəsi blogerin “Banda” ofisini də bağlamışdı.

May ayında Həsənov 170 milyon rubl vergidən yayınma və çirkli pulların yuyulması ittihamı ilə beynəlxalq axtarışa verilib. Rusiyada onu 7 ilə qədər həbs gözləyir. Bundan əvvəl bloger Moskva şəhərindəki mənzilini müsadirə olunmasın deyə tələsik rieltorun mülkiyyətinə keçirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin