Universitetlərdə yaş MANEƏSİ – Hansı peşələrə gənc yaşda yiyələnmək tövsiyə olunur?

Hazırda oxunan: Universitetlərdə yaş MANEƏSİ – Hansı peşələrə gənc yaşda yiyələnmək tövsiyə olunur?

268665

Azərbaycanda ali təhsil almaq istəyənlər üçün yaş həddi qoyulmayıb. Yəni ali təhsil müəssisələrində müxtəlif yaş qrupundan olan şəxslər təhsil ala bilirlər. Universitetlərdən verilən məlumata görə, hazırda yaşı 40-dan, hətta 50-dən çox olan şəxslər də tələbə olaraq təhsilini davam etdirir.

Bəs hansı ixtisaslara qəbulda yaş həddi müəyyən edilib? 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil sahəsi üzrə ekspert Elçin Murad deyib ki, heç bir fakültədə yaş həddi qoyulmur:

“Hər kəsin hansı yaşda olur olsun təhsil almaq hüququ var. Belə bir qərar olsa belə bu, düzgün hesab edilməz”.

Ekspert bəzi ixtisaslara isə gənc yaşda yiyələnməyin tərəfdarı olduğunu qeyd edib:

 “Müəyyən qədər hüquqşünaslıq, müəllimlik, həkimlik ixtisaslarına yaş həddi tətbiq oluna bilər. Çünki müəllimin tədris üçün müəyyən gücü olmalıdır, bir yaşdan sonra o gücü özündə görməyə bilər. Həkim uzunmüddətli təhsil alır, bir yaşdan sonra həmin məlumatları alıb, toplaya, öyrənə və iş həyatında tətbiq etməyə bilər. Eynilə hüquqşünaslar da elə”.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil almaq üçün digər şərtləri ödəməklə 16-18 yaş arasındakı namizədlər müraciət edə bilərlər. Fövqəladə Hallar Nazirliyinin Akademiyasına kursant qəbulu üçün 17-23 yaş aralığı müəyyən edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin