Bir neçə ay əvvəl direktoru işdən çıxarılan Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbə yeni rəhbər təyin olunub.
Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, bu vəzifəyə Tutu Hüseynova gətirilib.
O bu təyinatadək Gəncə şəhər 32 nömrəli tam orta məktəbin direktoru olub.
Qeyd edək ki, 1 nömrəli tam orta məktəbin keçmiş direktoru Gülbəniz Bayramova bu ilin mart ayında işində verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilmişdi. Onunla bağlı yayılan səs yazısında məktəbdə fond pulu, təmizlik pulu, summativ pulu, xadimə pulu və sair adlar altında vəsait yığıldığı iddia edilirdi.
G.Bayramova ötən il sözügedən məktəbə direktor təyin olunmuşdu. Ona bir müddət öncə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən şiddətli töhmət və sonuncu xəbərdarlıq verilmişdi.
Bizim.Media