Yanğınlarla bağlı DƏHŞƏTLİ STATİSTİKA – 36 ölüm, 132 yaralanma… - RƏSMİ

Hazırda oxunan: Yanğınlarla bağlı DƏHŞƏTLİ STATİSTİKA – 36 ölüm, 132 yaralanma… - RƏSMİ

268643

Bu il Bakıda və ümumilikdə respublika ərazisində yanğın hadisələrinin sayı ötən illə müqayisədə artıb.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyi tərəfindən sorğumuza cavab olaraq bildirilib.

Nazirliyin məlumatına görə, 2025-ci ilin I yarımili ərzində respublika üzrə ümumilikdə 9 294 yanğın və texnogen mənşəli hadisə qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 244 hadisə və ya 39% çoxdur:

“Hadisələr nəticəsində 36 nəfər həlak olub, 132 nəfər isə xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 30 nəfər xilas edilib, 395 nəfər təxliyə olunub”, - deyə bildirilib.

Statistika göstərir ki, hadisələrin əksəriyyəti texnogen və ehtiyatsızlıq səbəbləri ilə bağlıdır.

Aygün Hüseyn , Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin