Qızıl-zinət əşyalarının qanunsuz keçirilməsinin qarşısı alınıb.
Bizim.Media bu barədə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, İdarənin əməkdaşları tərəfindən qızıl-zinət əşyalarının bəyan edilmədən Azərbaycan gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısı alınıb.
Bakı-Dubay aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarət zonasından keçərkən onun ayaqqabısının içərisində və üzərində gizlədilmiş, gömrük orqanlarına bəyan olunmayan 8 ədəd qızıl lövhə və 2 ədəd boyunbağı, ümumilikdə 614 qram qızıl-zinət əşyaları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media