"ChatGPT"yə valideyn nəzarəti gəlir

Hazırda oxunan: "ChatGPT"yə valideyn nəzarəti gəlir

268600

"OpenAI" yaxın zamanda "ChatGPT"yə valideyn nəzarəti funksiyasının əlavə olunacağını açıqlayıb.

Bizim.Media xəbər verir ki, yeni qaydalara görə, servisdə qeydiyyatdan keçmək üçün minimum yaş həddi 13 olacaq.
 

Valideynlər öz hesablarını övladlarının hesabına bağlaya biləcəklər. Bu onlara çatbotun uşağa necə cavab verdiyini izləməyə, bəzi funksiyaları idarə etməyə və övladlarının sorğularından onların “kəskin stress anı” yaşadığını görüb xəbərdarlıq almağa imkan verəcək.


Şirkət bildirib ki, yeniləmənin hazırlanmasında 60 ölkədən 250-dən çox psixi sağlamlıq və gənclərin inkişafı üzrə mütəxəssis iştirak edib. (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin