Biləsuvardakı qəzada xəsarət alanları xəstəxanaya çatdıran sürücüdən AÇIQLAMA - FOTO

Hazırda oxunan: Biləsuvardakı qəzada xəsarət alanları xəstəxanaya çatdıran sürücüdən AÇIQLAMA - FOTO

268599

Bu gün Biləsuvarda baş verən qəzada yaralıları xəstəxanaya çatdırmaqla vətəndaşlıq nümunəsi göstərən sürücü sürət həddini aşdığı üçün cərimələnib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Biləsuvardan Bakıya sərnişin aparan 30 yaşlı Fərid Abdullalı qəza zamanı xəsarət alanlara laqeyd qala bilməyib.
 

MÖVZU İLƏ BAĞLI:

Biləsuvarda YOL QƏZASI: 1 nəfər həlak oldu, 3 nəfər xəsarət aldı - FOTO


O, ətrafdakıların köməyi ilə maşınına mindirdiyi yaralıları Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırıb:

"Qəzada xəsarət alan üç nəfəri maşınıma yerləşdirib xəstəxanaya apardım. Məcburən sürət həddini aşdım və Bəydili kəndi ərazisində radara düşdüm," – deyə Fərid Abdullalı bildirib.

Nəticədə, bu qayda pozuntusuna görə sürücünün adına 200 manat cərimə və 3 bal hesablanıb.






Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin