Ucarda 71 yaşlı qadını maşın vuraraq öldürdü - FOTO

Hazırda oxunan: Ucarda 71 yaşlı qadını maşın vuraraq öldürdü - FOTO

268598

Ucarda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü Mirzəxan Tahir oğlu Həşimov idarə etdiyi "Hyundai" markalı yük maşını ilə piyada, 1954-ci il təvəllüdlü Gülşən Məhəmmədəli qızı Həmidovanı vurub.
 

Zərərçəkən Ucar Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra Göyçay xəstəxanasına hospitalizasiya olunub. Lakin yaralı həmin xəstəxanada həyatını itirib.


Faktla bağlı araşdırma aparılır.




Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin