Abituriyentlərin NƏZƏRİNƏ! Universitetlərdə yeni ixtisaslar yaradıla bilər

Hazırda oxunan: Abituriyentlərin NƏZƏRİNƏ! Universitetlərdə yeni ixtisaslar yaradıla bilər

268548

Sosial media mütəxəssisi (SMM), data analitika sahələrinə dünyada, o cümlədən, Azərbaycanda tələbat gündə-günə artır. Şirkətlər, qurumlar tərəfindən bu sahələr üzrə xeyli vakansiyalar elan olunur, peşəkar mütəxəssislər axtarılır.

Ancaq tələbat olsa da, bu sahədə təhsil yoxdur. Belə ki, universitetlər və ya kolleclər SMM, data analitik yetişdirmir. Çünki bu sahələrlə bağlı ixtisaslar açılmayıb.

Bəs açılmalıdır?

Bizim.Media mövzuyla əlaqədar deputat Ceyhun Məmmədovun fikirlərini öyrənib.

Millət vəkili deyir ki, bu ixtisaslar universitetlərdə fənn kimi, yox ayrıca ixtisas kimi tədris olunmalıdır.

“SMM, data analitika ixtisasları dünyada daha çox populyarlıq qazanır. Bir çox insan bu sahəyə yönəlir, peşəkar mütəxəssis olmaq üçün inkişaf edirlər. Universitetlərdə bu sahələr üzrə ixtisaslaşmağa ciddi ehtiyac var”.

Ceyhun Məmmədov bildirib ki, mövcud ixtisaslar kifayət etmir.

“Məsələn, universitetlərdə Jurnalistika fakültəsi var. Amma bu yetərli deyil. Əlavə başqa ixtisaslaşmalara ehtiyac var”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin