Zərdabda toy ləğv olundu – Gəlinin 17 yaşı olub

Hazırda oxunan: Zərdabda toy ləğv olundu – Gəlinin 17 yaşı olub

268508

Zərdabda şadlıq saraylarından birində yetkinlik yaşına çatmayan qıza toy mərasiminin keçirilməsinin qarşısı alınıb.

Bizim.Media xəbər verir ki, polis əməkdaşları məclisin keçirildiyi şadlıq sarayına gedərək qanunvericiliyə uyğun olaraq tədbirləri həyata keçiriblər.

Araşdırmalarla bəyin 32, gəlinin isə 17 yaşında olduğu müəyyənləşib. Hər iki tərəfin valideynləri ilə söhbət aparılıb, bunun qanunvericiliklə qadağan olduğu izah edilib. Məclisin keçirilməsi isə təxirə salınıb.

Bundan əlavə, məclisin keçirilməsinə göz yuman şadlıq sarayının sahibi barəsində də inzibati qaydada protokol tərtib olunub və məsuliyyətə cəlb olunub. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin