Xalasının döydüyü 14 yaşlı yeniyetmə ilə bağlı daha bir SENSASİON İDDİA – “Qardaşı...”

Hazırda oxunan: Xalasının döydüyü 14 yaşlı yeniyetmə ilə bağlı daha bir SENSASİON İDDİA – “Qardaşı...”

268500

Sabunçu rayonunda himayəsində olduğu xalası tərəfindən zorakılığa məruz qalan 14 yaşlı yeniyetmə barədə daha bir dəhşətli iddia yayılıb. Belə ki, onun  21 yaşlı qardaşı tərəfindən təcavüzə məruz qalması haqqında iddilar səsləndirilir.

Bizim.Media-ya açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, iddialarla bağlı istintaq prosesi gedir:

“Məsələ ilə bağlı müxtəlif iddialar var və bu da onlardan biridir. Təcavüz iddiasının informasiya mənbəyindən xəbərsizəm. Bunu rəylərdə qeyd ediblər. Amma onun qardaşı əsgərlikdən yeni gəlib. Ekspertiza nəticəsində hər şey məlum olacaq. Fakt təsdiqini taparsa, əlavə maddə olacaq”.

Xatırladaq ki, bir neçə gün öncə Sabunçu rayonunda xalanın azyaşlı bacısı oğluna işgəncə verməsi barədə görüntülər yayılıb. Azyaşlının ata-anasının vəfat etdiyi, xalasının himayəsində yaşadığı bildirilib. Yetkinlik yaşına çatmayan şəxsin fiziki zorakılığa məruz qalması ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində hazırda təhqiqat araşdırmasına başlanılıb. Valideynlərini itirən və qohumları tərəfindən ağır işgəncələrə məruz qaldığı iddia olunan yeniyetmə aidiyyəti qurumlarla koordinasiyalı şəkildə səhiyyə müəssisəsinə yerləşdirilib.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin