Qadın məsləhətxanalarının sayı azalmaqda davam edir – RƏSMİ STATİSTİKA

Hazırda oxunan: Qadın məsləhətxanalarının sayı azalmaqda davam edir – RƏSMİ STATİSTİKA

268497

Azərbaycanda hazırda 106 qadın məsləhətxanası fəaliyyət göstərir.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Qurumun məlumatına görə, ölkədə ötən illə müqayisədə qadın məsləhətxanaların sayı dəyişməsə də 2009-cu ildən say kəskin azalıb. Həmin il 321 qadın məsləhətxanası fəaliyyət göstərirdisə, sonrakı illərdə müəssisələrin sayı xeyli azalaraq 106-ya çatıb.

Son beş ilə nəzər saldıqda, yəni 2020-ci ildə 131, 2021-ci ildə 118, 2022-ci ildə 106, 2023-cü ildə 105, 2024 və 2025-ci illərdə isə 106 olduğunu görmək mümkündür.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin