Xankəndi şəhərində müğənni kimi fəaliyyət göstərən şəxs həbs edilib.
Bizim.Media xəbər verir ki, 8 aydan artıq müddətdə Xankəndidə yaşayan 1990-cı il təvəllüdlü E.Quliyevin (şərti soyadlı) qaldığı evdə narkotik vasitələr və patronlar aşkar edilib.
Belə ki, polis əməkdaşları daxil olmuş məlumat əsasında müğənninin qaldığı 5 mərtəbəli binanın 4-cü mərtəbəsindəki mənzilə baxış keçiriblər. Bu zaman stolun üstündən bükümdə narkotik vasitə və 7,62 kalibrli patronlar aşkar edilib.
Fakta görə Xankəndi ŞPŞ-də Cinayət Məcəlləsinin 228 və 234-cü maddələri ilə cinayət işi açılıb.
Əslən Laçın rayonunun Minkənd kəndindən olan E.Quliyev Xankəndiyə işləmək məqsədilə gəldiyini və restoranlarda müğənnilik etdiyini deyib. O, patronları yaşadığı mənzildən, narkotiki isə küçədən tapdığını deyib.
Müğənni Xankəndi Şəhər Məhkəməsinin hökmü ilə 7 aylıq həbs edilib./Qafqazinfo.az/
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:12 / 03.09.2025
Polis Xankəndidə əməliyyat keçirdi - HƏBS EDİLƏN VAR
Hazırda oxunan: Polis Xankəndidə əməliyyat keçirdi - HƏBS EDİLƏN VAR
Hazırda oxunan: Polis Xankəndidə əməliyyat keçirdi - HƏBS EDİLƏN VAR
268493
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.