Sumqayıt şəhərində həkim qadının evi qarət edilib.
Bizim.Media xəbər verir ki, hadisə şəhərin 47-ci məhəlləsində baş verib.
Sumqayıt Tibb Mərkəzinin həkimi Gülbar Hüseynova evinin döşəməsinin bir hissəsini təmir etdirmək üçün qardaşından usta gətirməsini xahiş edib. Qardaşı Nəbi adlı usta ilə danışıb və razılıq əldə edilib. Usta bildirib ki, səhər saatlarında evə gəlib, həmin hissəni təmir edəcək.
Ev sahibi Gülbar Hüseynova səhər saatlarında işə gedərkən evin giriş qapısını bağlayıb və açarı ayaqaltının altında gizlədib. O, bu barədə ustaya məlumat verib. Usta evi təmir edəndən sonra yenidən qapını bağlayıb, açarı həmin yerə qoyub.
Qadının evdə olmadığını görən qonşusu İlkin Məmmədov mənzildən oğurluq etmək qərarına gəlib.
İlkin qohumunun köməyi ilə mənzilin pəncərəsini açaraq içəri daxil olub. O, evdə olan 10 min manatdan artıq pulu və bahalı qızıl-zinət əşyalarını götürüb. O, ümumilikdə evdən 25 min manatlıq oğurluq edib. Daha sonra İlkin evin giriş qapısının cəftəsini mənzilin içərisindən qıraraq qapını açıb hadisə yerindən qaçıb.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İ.Məmmədov saxlanılıb və faktla bağlı cinayət işi başlanıb.
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 2 il azadlıqdan məhrum edilib. (Oxu.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:42 / 03.09.2025
Sumqayıtda həkim qadının evi qarət edildi
Hazırda oxunan: Sumqayıtda həkim qadının evi qarət edildi
Hazırda oxunan: Sumqayıtda həkim qadının evi qarət edildi
268486
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.