Qadağadan sonra neçə qohum evlənmək üçün müraciət edib? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Qadağadan sonra neçə qohum evlənmək üçün müraciət edib? – RƏSMİ AÇIQLAMA

268484

Ailə Məcəlləsinə edilən dəyişikliyə görə, bu il iyulun 1-dən qohumlar arasında nikahın bağlanmasına icazə verilmir. Yəni ümumi bioloji baba və nənəsi eyni olanlar, bacı, qardaş, əmi, dayı, xala, bibi uşaqları arasında nikahların bağlanması qanunla qadağan edilib.

 

Bildiyimiz kimi, Azərbaycanda xala, əmi, dayı, bibi uşaqları arasında evlənmə kütləvi hal almışdı. Qanuna edilən dəyişiklik qüvvəyə minənə qədər qohumlar arasında rekord sayda nikah qeydə alınıb. Belə ki, Ədliyyə Nazirliyinin məlumatına görə, təkcə iyun ayında qohumlar arasında 460 nikah qeydə alınıb. Ümumilikdə 2024-cü ilin yanvar may ayında 616, bu ilin eyni dövründə isə 969 qohumlararası nikah bağlanıb.

 

Bəs qadağadan sonra vəziyyət necədir? Nikah üçün müraciət edən qohumlar varmı və onların sayı nə qədərdir?

Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, evlənmək üçün müraciət edən qohumlarla maarifləndirici söhbət aparılır:

“İyulun 1-dən etibarən aralarında nikah bağlanmasına yol verilməyən qohumların dairəsi genişləndirilib. Müvafiq dəyişiklikdən sonra nikah bağlamaq üçün müraciət edən qohumluq əlaqəsi olan vətəndaşlara qeydiyyat şöbələri tərəfindən qanunvericiliyin tələbləri izah edilir”.

Qurumdan qeyd ediblər ki, bu müraciətlərin statistikası aparılmır.

Günay Şahmar, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin