Abşeron Mərkəzi Xəstəxanasında BİABIRÇI VƏZİYYƏT - "Sistem çökdü, xaos yarandı" - VİDEO

Hazırda oxunan: Abşeron Mərkəzi Xəstəxanasında BİABIRÇI VƏZİYYƏT - "Sistem çökdü, xaos yarandı" - VİDEO

268477

Xırdalanda yerləşən Abşeron Rayon Mərkəzi Xəstəxanasında izdiham və xaos yaşanır.

Bizim.Media xəbər verir ki, oxu.az-a müraciət edən sakinlər bildiriblər ki, səhər saatlarından sistem çökdüyü üçün uzun-uzadı növbə yaranıb, vətəndaşlar gözləmək məcburiyyətində qalıblar.

"Sistem çöküb. Çox sayda insan növbə gözləyir. Söz deyəndə də, bildirirlər ki, sistem çöküb gözləyin", - şikayətdə bildirilib.

Xatırladaq ki, bir müddət əvvəl də sakinlər redaksiyamıza müraciət edərək Abşeron Rayon Mərkəzi Xəstəxanasında yaranan xaosdan şikayətçi olduqlarını bildirmişdilər. Səbəb isə xəstəxanada elektron növbə sisteminin tətbiq olunmaması göstərilmişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin