Gəncə Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Məntiq Mehdiyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Sevindik Əzizovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsin 6 il müddətə azadlıqdan məhrumetmə cəzasının həddi azaldılaraq 5 il 3 ay müddətə endirilib.
İttihama görə, hadisə 29 sentyabr 2024-cü il tarixdə, saat 21 radələrində Göygöl şəhəri A.Kazımov küçəsi, "Aişə" restoranının qarşısında baş verib.
Belə ki, Mehdiyev Məntiq İlyas oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyadalar - Əliyev Mətanət Arif qızı və Nəcəfova Maral İsmayıl qızını vurub.
Nəticədə hər iki piyada xəsarət alıb, Maral Nəcəfova xəstəxanada ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb. (Pravda.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:48 / 03.09.2025
Məhkəmə qadını öldürən şəxsin cəzasını azaltdı
Hazırda oxunan: Məhkəmə qadını öldürən şəxsin cəzasını azaltdı
Hazırda oxunan: Məhkəmə qadını öldürən şəxsin cəzasını azaltdı
268447
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.